Xalqımız qələbə sevinci ilə Bakı küçələrində - FOTOREPORTAJ

Xalqımız qələbə sevinci ilə Bakı küçələrində - FOTOREPORTAJ

Sentyabrın 27-dən etibarən başlayan əməliyyatlardan sonra işğal altında olan bəzi ərazilərimiz düşməndən azad edilib.

Bu münasibətlə Azərbaycan xalqı qələbə sevinci ilə küçələrə çıxır.

Əllərində Azərbaycan bayrağı olan hər kəs qələbə şüarları ilə Azərbaycan Ordusuna dəstəyini ifadə edir.

Həmçinin, paytaxtın müxtəlif yerlərində binaların üzərinə bayraqlar asılıb.

Qeyd edək ki, dünən səhər saatlarında Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək, cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutublar. Azərbaycan Ordusu əks-hücuma keçərək, işğal altında olan bəzi əraziləri və yüksəklikləri işğaldan azad edib.

Oxu.Az-ın fotoqrafı xalqımızın qələbə sevincini kamerasının yaddaşına köçürüb:

Ramil Zeynalov

Mənbə: oxu.az