Xalqın ruh yüksəkliyi ordumuzu qələbəyə səsləyir

Xalqın ruh yüksəkliyi ordumuzu qələbəyə səsləyir

İşğalçı Ermənistan Respublikası dəfələrlə təxribatlar törədib atəşkəs rejimini pozaraq öz mənfur niyyətlərini nümayiş etdirmiş, Cenevrə Konvensiyasının prinsiplərini kobudcasına pozmuşdur. 27 sentyabr 2020-ci il tarixdə baş verən hadisələr buna sübutdur.

Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi altında öz qüdrətli ordusuna inanır.Son zamanlar baş verən hadisələr, erməni təxribatları xalqımızın səbir kasasını daşırdı. Sülh tərəfdarı, əmin-amanlıq tərəfdarı olan Azərbaycan vətəndaşı artıq öz etiraz səsini ucaltdı. Damarlarından Babək, Mehdi, Çingiz, Salatın, Mübariz qanı axan minlərlə oğul və qızlarımız könüllü surətdə orduya yazıldılar. Xalqımızın mübarizə əzmi düşməni geri çəkilməyə vadar etdi. Bu günlərdə növbəti təxribatlara inamla cavab verən ordumuz düşməni layiqincə susdurur. Nəinki ordu, dinc əhali də öz evlərini, doğma yurd-yuvasını tərk etməməklə düşmənə layiqli cavab verir, ordu ilə həmrəyliyini nümayiş etdirir.

27 sentyabr tarixində Azərbaycana qarşı yönəlmiştəxribatlar və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin: “Bizim digər ölkənin torpaqları ilə işimiz yoxdur” fikri erməni işğalçı siyasətini ifşa edir.

Rəşadətli ordumuzun əkshücumlarının nəticəsi olaraq Füzuli və Cəbrayıl rayonlarının 6 kəndi, Murovdağ, Talış yüksəklikləri düşməndən azad edilmişdir.Biz inanırıq ki, Ali Baş Komandanın rəhbərliyi altında xalq və ordu birliyi tezliklə işğal altında qalan bütün torpaqlarımızı azad edəcək, Azərbaycan Respublikası ərazi bütövlüyünə qovuşacaq.

Mənbə: sia.az