Avstraliyanın Viktoriya ştatında koronavirusa cəmi 5 yoluxma halı qeydə alınıb

Avstraliyanın COVID-19 epidemiyasının qaynar nöqtəsi sayılan Viktoriya ştatının rəsmiləri bazar ertəsi beş yeni yoluxma halının qeydə alındığını bildirib. Bu, son üç ayda ən aşağı göstəricidir.

Viktoriya ştatının baş naziri Daniel Endryus mətbuat konfransında jurnalistlərə ştatda son bir aydır tətbiq olunan komendant saatının qaldırılacağını bildirib. O, oktyabr ayından başlayaraq uşaqların çoxunun məktəbə qayıdacağını, istehsal, inşaat və ərzaq məhsulları istehsalı da daxil olmaqla, bir çox müəssisənin yenidən açılacağını və 125 mindən çox insanın iş yerlərinə dönə biləcəyini deyib.

Endryus insanların fədakarlığını qeyd edib və strategiyanın işlədiyini deyib. Avqustun əvvəllərində COVID-19-a yoluxma halları 725-ə çatırdı. Lakin Endryus sayıqlıq göstərməyin vacibliyini vurğulayıb.

Avstraliyanın ikinci böyük şəhəri olan Melburn və Viktoriya ştatının
şəhərin ətrafındakı ərazilərdə avqust ayının 2-də çox ciddi, məktəblərin və vacib olmayan müəssisələrin bağlanması, gecə komendant saatının tətbiq edilməsi və kütləvi toplantıların qadağan edilməsi ilə "4-cü səviyyədə" məhdudiyyətlər tətbiq edildi.

Bir çox məhdudiyyətlər hələ də qüvvədə qalıb. İki ailədən beş nəfərdən çox insanın bir araya gəlməsinə icazə veriləcək, ictimai yerlərdə isə maskalar hələ də məcburidir. Lakin Endryus onu da əlavə edib ki, əgər gündə yoluxanların sayı 5 nəfrdən az olarsa, oktyabrın 19-dan qüvvədə olan məhdudiyyətlər də azaldılmağa başlayacaq.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Ermənistan ordusunun bir generalı və iki polkovniki öldürüldü

SONRAKI XƏBƏR

Müharibə və milli efir