Tofiq Yaqublunun işi Nizami Rayon məhkəməsinə qaytarıldı

Sentyabrın 28də Bakı Apellyasiya Məhkəməsində Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökmdən verilmiş şikayətə baxılıb. 17 günlük aclıqdan sonra ev dustaqlığına buraxılan Tofiq Yaqublunun işi onun haqqında hökm çıxarmış Nizami Rayon Məhkəməsinə qaytarılıb. Vəkil Nemət Kərimli bildirib ki, onlar hələ də Nizami Rayon Məhkəməsindəki iclasların protokolları ilə tanış olmayıblar. Çünki onlara bunun üçün şərait yaradılmayıb. Orada işə baxmış hakim protokollarla bağlı məsələyə aydınlıq gətirməlidir. Bundan sonra apellyasiya şikayətinə baxılacaq. Vəkillərin daha bir vəsatəti isə Tofiq Yaqublunun telefonu və avtomobilinin qaytarılması haqda olub, lakin məhkəmə bu vəsatətləri təmin etməyib. Məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

 

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Ermənistanda 55 yaşınadək kişilərin ölkədən çıxışına qadağa qoyuldu

SONRAKI XƏBƏR

Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları ilə bağlı müzakirələr aparılıb