Müdafiə Nazirliyi rəsmisi: “Azərbaycan təyyarəsi vurulmayıb”

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı cəbhədəki son durumla bağlı məlumat yayıb.

O bildirib ki, Azərbaycana məxsus təyyarə vurulmayıb:

“Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır. Bildirirəm ki, Azərbaycan Ordusunun bütün aviasiya vasitələri yerindədir və işləkdir”.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Ərdoğan və Conson Dağlıq Qarabağdakı vəziyyəti müzakirə ediblər

SONRAKI XƏBƏR

BMT Təhlükəsizlik Şurası Qarabağ üçün TOPLAŞIR