Maska daha etibarlıdır?!

Maska daha etibarlıdır?!

Qoruyucu maska koronavirusa qarşı peyvənddən daha effektlidir. Bu bəyanatla ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Robert Redfild çıxış edib. O, Konqresin iclasında çıxış edərək koronavirusa qarşı peyvəndin hamıda eyni səviyyədə müdafiə mexanizmi yaratmadığını deyib. R.Redfild maskanın peyvənddən daha təhlükəsiz olduğunu vurğulayıb.
Xəbəri CNBC verib.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

Mənbə: xalqqazeti.com