Ədalət Vəliyev: “Prezident ağsaqqallarımızın gənclərin tərbiyələnməsinə iştirakını vacib sayır”

Ədalət Vəliyev: “Prezident ağsaqqallarımızın gənclərin tərbiyələnməsinə iştirakını vacib sayır”

 

“Prezident İlham Əliyevin ağsaqqallarımızdan gözləntisi hər zaman xalqın içərçində, haqqın yanında olmaları, milli birliyə xidmət etmələri, Azərbaycan xalqını qələbəyə ruhlandırmalarıdır”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikası Ağsaqqallar Şurasının videokonfrans formatında keçirilən 8-ci növbədənkənar qurultayında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev bildirib.

Ə. Vəliyev deyib ki, Prezident ağsaqqallarımızın gənclərin tərbiyələnməsinə iştirak etmələrini vacib sayır: “Dövlət başçısımızın ağsaqqalardan digər gözləntiləri Azərbaycan xalqının milli-mənəvi keyfiyyətlərini, Ulu Öndər Heydər Əliyevin yaşam tərzini gələcək nəsillərə çatdırmaqdır. İnanırıq ki, Ağsaqqallar Şurası bundan sonra daha effektiv fəaliyyət göstərəcək. Mən sədrliyə namizədliyi irəli sürülən Eldar Quliyevə də gələcək fəaliyyətində uğurlar arzulayıram”.

Mənbə: apa.az