QAT rəhbərliyi cəbhə bölgəsində olub

QAT rəhbərliyi cəbhə bölgəsində olub

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı, QAT Ağsaqqallar Şurasının üzvü Hacı Əkbər Rüstəmov, QAT Ali Məclisinin sədri Barat İmani, sabiq alay komandiri Arif Paşa, Qarabağ döyüşçüsü Böyükağa Balayev, QAT İdarə heyətinin üzvləri Hacı Fərman Məmmədov, Şaiq Süleymanov, Kərəm Səfərov, Ceyhun Tağıyev, Ramiz İbayev, Ali Məclis üzvləri Tağı Kazımov, Oqtay Vəliyev, Rafiq Quliyev və digərlərindən ibarət heyət cəbhə bölgəsində - Ağdam, Tərtər, Bərdə rayonlarında olub, iki gün ərzində çoxsaylı görüşlər keçirib, söhbətlər aparıblar. Görüşlərdə həmçinin QAT Bərdə, Ağdam, Tərtər, Şəki, Laçın və digər şöbələrinin üzvləri iştirak ediblər. QAT sədri Akif Nağı məlumat üçün açıqlamasında bildirib: “ İki gün ərzində əhalinin içərisində olduq, söhbətlər apardıq, şəhidlərimizin dəfnində iştirak etdik. Səfərdə məqsədimiz cəbhə bölgəsində insanların içərisində olmaq izahat işləri aparmaq, Ordumuza əlimizdən gələn köməkliyi etmək, düşmənə qarşı ümumxalq mübarizəsində yararlı olmaqdır. Müşahidələrimizə görə, Ordumuz öz vəzifəsinin öhdəsindən uğurla gəlir, qələbə əzmi böyükdür, hər yerdə ruh yüksəkliyi, qələbəyə inam hökm sürür. Hər kəs yalnız bir inam və tələblə çıxış edir: Müharibə son qələbəyə qədər davam etməli, işğal altındakı bütün ərazilərimiz azad olunmaldır! Xalq, Dövlət və Ordunun birliynin şahidi olduq. Əminik ki, qələbə hökmən bizim olacaq!”

Mənbə: moderator.az