Azərbaycan əsilli rusiyalı iş adamı həmvətənlərimizə müraciət edib

Azərbaycan əsilli rusiyalı iş adamı həmvətənlərimizə müraciət edib

Bakı. Trend:

Rusiyalı iş adamı Azərbaycan xalqını Ali Baş komandanı dəstəkləməyə çağırıb
Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov sosial şəbəkə hesabında paylaşdığı statusunda həmvətənlərimizə müraciət edib.

Diasporla iş üzrə Dövlət Komitəsindən Trend-ə bildirilib ki, o müraciətində deyib: “Elə bir an gəlib çatdı ki, bütün azərbaycanlılar bir nəfər kimi sıx birləşməli və təcavüzkarların ələ keçirdikləri əzəli torpaqlarımızın işğaldan azad edilməsinə başlayan Azərbaycanın Ali Komandanını və ölkə ordusunu dəstəkləməlidir”.

Mənbə: az.trend.az