"Total" Böyük Britaniyanın nəhəng avtomobil enerji doldurma şəbəkəsini satın alır

"Total" Böyük Britaniyanın nəhəng avtomobil enerji doldurma şəbəkəsini satın alır

Fransanın "Total" şirkəti Böyük Britaniyanın "Source London" elektrik avtomobilləri üçün enerji doldurma məntəqələri şəbəkəsini satın alır.

"APA-Econimics" xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, "Total"in "Bollore Group"dan aldığı şəbəkə 1,6 mindən çox məntəqədən ibarətdir. "Total"in "Total Gas & Power Limited" törəmə şirkəti vasitəsilə məntəqələr 100% bərpa olunan elektrik enerjisi ilə təmin olunacaq.

"Bu satınalma "Total"in Avropada elektromobil sahəsində əsas oyunçu mövqeyini gücləndirəcək. Şirkət 2025-ci ilədək Avropanın böyük şəhərlərində elektrik nəqliyyat vasitələri üçün 150 mindən çox enerji doldurma məntəqəsi yaratmaq istəklərinə uyğun olaraq, inkişafını davam etdirir. Razılaşmanın ilin sonuna qədər tamamlanması gözlənilir", - məlumatda deyilir.

Mənbə: apa.az