Parkda başına gələn hadisə ilə adını tarixə qızl hərflərlə yazdırdı...

Parkda başına gələn hadisə ilə adını tarixə qızl hərflərlə yazdırdı...

ABŞ-ın Arkansan əyalətindəki Almaz Krateri Əyalət Parkını dostları ilə birlikdə ziyarət edən Kevin Kinard, 9.07 karatlıq almaz tapıb.

Moderator.az xəbər verir ki, əyalətin Maumelle şəhərində yaşayan 33 yaşlı şəxs uşaqlığından bəri ziyarət etdiyi parkda şüşə olduğunu düşündüyü parlaq bir daş tapıb və təhlükəsizlik əməkdaşlarına göstərib. Araşdırma nəticəsində adamın tapdığı daşın 9.07 karatlıq almaz olduğu ortaya çıxıb.

Tapılan almazın 1972-ci ildə açılan və dünyada ictimaiyyətə açıq olan tək ərazilərdən biri olan parkda tapılan ikinci ən böyük almaz olduğu bildirlib.

Almazı tapan şanslı ziyarətçılərin adətən daşlara ad verdiyi və Kinardın da dostlarının şərəfinə tapdığı almaza "Kinard Dostluq Almazı" adını verdiyi ifadə edilib.

Kamran

 

 

Mənbə: moderator.az