“Ermənistan var gücü ilə dünya ictimaiyyətini aldatmağa çalışır" - Nurlan Həsənov

"Ermənistan var gücü ilə Azərbaycanın Qarabağda apardığı hərbi əməliyyatlarda Türkiyənin aktiv iştirak etdiyinə dair dünya ictimaiyyətini aldatmağa, çaşdırmağa çalışır! Ermənistan bu kimi addımlarla Azərbaycanı dayandıra biləcəyini düşünür!".

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri millət vəkili Nurlan Həsənov şəxsi feysbuk hesabında yazıb:

"İlk öncə Türkiyənin Azərbaycana Suriyadan pullu əsgər gətirməsi iddiasını ortaya atdılar, yalançı şəkillər paylaşdılar, baş tutmadı! İndidə Türkiyəyə məxsus F-16-nın Ermənistana məxsus Su-25 vurduğunu iddia edirlər! Məqsədləri aydındır!

Maraqlıdır, ordumuz Xankəndinə girənə qədər, başqa nə yalanlar uyduracaqlar! 30 ildir sülh yolu ilə danışıqlar aparmağa çalışmışıq, nəticə nədir? Heçnə! İndi əl-ayağa düşüblər!

Müharibə heç zaman həll yolu deyil və arzuolunan odur ki, dünya ictimaiyyəti açıq şəkildə beynəlxalq hüquq normalarını kobud şəkildə pozan Ermənistana layiqli cavabını versin, işğala son qoymasını tələb etsin!

Azərbaycan hər zaman sülhə, diplomatiyaya üstünlük verib, ama bu o demək deyil ki, hüquqlarının pozulmasına hər zaman göz yumacaq!".

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Dağlıq Qarabağ işğal olunub – Gürcü ekspert

SONRAKI XƏBƏR

Koronavirus Avstriya iqtisadiyyatına ağır zərbə vurub