Ermənilər mülki əhaliyə atəş açdı - VİDEO

Ermənilər mülki əhaliyə atəş açdı - VİDEO

Xəbər verdiyimiz kimi YPX.AZ olaraq son baş verən hadisələrdən yerində məlumat vermək üçün əməkdaşlarımız cəbhə bölgəsinə yollanıb. Düşmən tərəf yenə öz mənfurluğundan əl çəkməyib və Tərtər rayonunda mülki əhalinin yaşayış evlərinə ağır artilleriya silahlarından atəşlər açıblar. Atəşlər nəticəsində evlərə ciddi zərər dəyib. Divarlar dağılıb. Evlərin divarlarında, darvazalarında qəlpə izləri görünür. Tərtər məhkəməsinin binası da zərər görən obyektlər sırasındadır.

 

Mənbə: ypx.az