Bu kadrlar İZLƏMƏ REKORDU QIRDI - 15 MİLYON - VİDEO

Bu kadrlar İZLƏMƏ REKORDU QIRDI - 15 MİLYON - VİDEO

Sosial şəbəkələrdə tısbağanı udmağa çalışan, amma cəhdi uğursuz alınan timsahla bağlı video virus kimi yayılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kadrlar Cənubi Karolinada qeydə alınıb.

Video müəllifinin sözlərinə görə, görüntüləri evinin arxa həyətində çəkib.

Kadrlardan görünür ki, timsah tısbağanı udmağa çalışır, amma o, yırtıcının ağzından sürüşüb çıxır, sonra isə tullana-tullana qaçır.

İstifadəçilər tərəfindən böyük maraqla qarşılanan video "Twitter"də yayımlanandan sonra 15,3 milyon baxış toplayıb. (Oxu.az)

Milli.Az

 

Mənbə: news.milli.az