FOTO| Fotodakı helikopter Ermənistan-Azərbaycan müharibəsində vurulmayıb

FOTO| Fotodakı helikopter Ermənistan-Azərbaycan müharibəsində vurulmayıb

Sosial şəbəkələrdə alova qərq olmuş hərbi helikopterin düşmə anının fotusu yayılıb. Onun guya Azərbaycana məxsus olduğu deyilir.

Foto 24 saat ərzində “Facebook” və “Twitter”də sürətlə yayılıb. Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ regionunda gedən döyüşlərin fonunda vurulmuş hərbi helikopterin Azərbaycan məxsus olduğu iddia edilib. Məsələ ilə bağlı sosial şəbəkələrdə müxtəlif iddialar irəli sürülüb.

Bu arada, Azərbaycan ərazisi olan, lakin etnik ermənilərin idarə etdiyi Dağlıq Qarabağ regionu uğrunda döyüşlərin ikinci günündə, yəni sentyabrın 28-də azı 21 nəfərin həyatını itirdiyi haqda məlumat verilib.

Bazar günü isə separatçıların “müdafiə naziri” (dırnaq işarəsi bizə aiddir - WM) son hərbi toqquşma zamanı Azərbaycana məxsus 4 hərbi helikopterin vurulduğunu bildirib. Amma sosial şəbəkələrdə yayılmış son foto ilə onların bu iddialarını əlaqələndirmək mümkün deyil. Çünki bu foto Suriyanın Nayrab şəhərində bu ilin fevralında çəkilmiş videodan götürülüb.

Nəticə

Saxta! Fotodakı guya bu günlərdə vurulmuş Azərbaycan helikopteri deyil. Sosial şəbəkələrdə yayılmış foto bu ilin fevralında Suriyada helikopterin vurulması ilə bağlı yayılmış videodan götürülüb.

Mənbə: worldmedia.az