Orxan Gəncəbay: “Biz haqqın yanındayıq”

Orxan Gəncəbay: “Biz haqqın yanındayıq”

Ermənistanın hücumundan sonra Azərbaycan ordusu əks hücuma başladı və lazımi cavabı verdi.

ONN media xəbər verir ki, bu sözləri müğənni Orxan Gəncəbay deyib. Bir çox siyasətçi və sənətçinin sosial mediada Azərbaycana dəstək mesajları gündəm olduğu bir vaxtda Orxan Gəncəbayın Azərbaycanla bağlı paylaşımı xüsusi diqqət çəkib. Azərbaycanın öz torpaqları uğrunda mübarizə apardığını qeyd edən Orxan Gəncəbay beynəlxalq səssizliyin onu narahat etdiyini vurğulayıb.

“Azərbaycan öz xalqımızdır. Eyni insanlarıq. Azərbaycan bizim canımız, qardaşımızdır. Hazırda baş verən olaylar son dərəcədə çirkindir. Ermənistan heç bir beynəlxalq prinsiplərə əməl etmir. Azərbaycan öz torpaqlarını işğaldan azad etməkdə tamamilə haqlıdır. Təbii ki, biz də haqqın yanındayıq. Digər ölkələr bu məsələdə səssiz qalmaqdadır və heç bir halda doğru deyil. Bu, dünyadakı sülhü və ədaləti zədələyir”.

 

Mənbə: onn.az