“Kontakt Home” əsgər ailələrinin kreditini dondurdu

"Kontakt Home" elektron məişət məhsulları mağazası maraqlı aksiyaya start verib.

Axar.az xəbər verir ki, yeni aksiyaya əsasən, səfərbərliklə bağlı hərbi xidmətə çağırılan bütün müştərilərin, eyni zamanda onların birinci dərəcəli ailə üzvlərinin kredit ödənişləri səfərbərlik müddəti sona çatanadək dayandırılıb.

“Vətənin ərazi bütövlüyü uğrunda mübarizə aparıldığı müddətdə orada döyüşən hərbçilərimizə dəstək olmaq bizim də borcumuzdur! Odur ki, ödənişlərin ertələnməsi ilə bağlı müraciət *6060 Çağrı Mərkəzinə hərbə yollanan müştərinin özü və ya ailə üzvü tərəfindən edilə bilər”, - məlumatda qeyd olunub.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Ermənilərin bu gün Tərtərdə yaraladıqları mülki şəxslərin adları - FOTO

SONRAKI XƏBƏR

Orxan Gəncəbay: “Biz haqqın yanındayıq”