Sabahdan tələbələr ali təhsil müəssisələrinə müraciət edə bilərlər

Sabahdan tələbələr ali təhsil müəssisələrinə müraciət edə bilərlər

“Oktyabrın 1-dən etibarən tələbələr ali təhsil müəssisələrinə müraciət edə bilərlər”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Təhsil naziri Emin Əmrullayev bildirib.

“Bununla bağlı heç bir dəyişiklik yoxdur. Yeganə çətinlik internetin məhdudlaşdırılmasına görə distant təhsilin təşkilinin çətinliyinə görədir. Ali məktəblər üçün teledərslər də təşkil etmək mümkün deyil”,- deyə nazir qeyd edib.

Mənbə: qafqazinfo.az