Mülki əhalini hədəfə alan düşmən fermerlərin işini çətinləşdirir - VİDEO

Mülki əhalini hədəfə alan düşmən fermerlərin işini çətinləşdirir - VİDEO

İşğalçı ermənistan tərəfinin mülki əhalini hədəfə alması cəbhəboyu zonada yaşayan fermerlərin də işini çətinləşdirir.Onların təsərrüfatla məşğul olmalarına mane olur.

Buna görə də KTN nin nümayəndələri təmas xəttində yerləşən kəndlərdə monitorinqlər keçirir, fermerlərə dəyən zərərləri müəyyənləşdirirlər.KTN-nin mətbuat katibi Vüqar Hüseynov REAL TV-a müsahibəsində qeyd edir ki,buna baxmayaraq insanlarda çox böyük ruh yüksəkliyi var.Təsərrüfat fəaliyyətlərində bəzi ləngimələr olsa da lakin,insanlar öz işlərini davam etdirirlər.

Heyvandarlıqla məşğul olan fermer Şakir Həsənəliyev qeyd edir ki,təmas xəttində yerləşdikləri üçün neçə ildir ki,öz təsərrüfatları ilə məşğul olmaqda əziyyət çəkirlər

KTN-nin mətbuat katibi Vüqar Hüseynov həm də qeyd etdi ki,həlak olan və yaralanan mülki şəxslər içərisində fermerlər də var

Mənbə: www.realtv.az