“Betta” MMC vətənə xidmət edən əməkdaşlarına və onların ailələrinə dəstək olur

“Betta” MMC vətənə xidmət edən əməkdaşlarına və onların ailələrinə dəstək olur

“Betta” MMC təhlükəsizlik şirkəti ölkəmizin ərazi bütövlüyünü bərpa etmək məqsədilə elan olunan səfərbərlik ilə əlaqədar silahlı qüvvələrin sıralarına cəlb olunmuş əməkdaşlarımızın iş ayracaq yerlərini və əməkhaqqını saxlayacaq və əlavə olaraq onların ailələrinə 500 AZN məbləğində birdəfəlik yardım ayıracaq.

Ölkəmizin və xalqımızın uzun illər ərzində səbrsizliklə gözlədiyi haqq savaşına qoşulan əməkdaşlarımız öz vətəndaşlıq borcunu uğurla yerinə yetirəcəklər və biz bütün əsgərlərimizə öz ailələrinə tezliklə qovuşmağını arzulayırıq.

Cəmiyyətimizin üzvü olaraq “Betta” şirkəti inanır ki, vətənimizin ərazi bütövlüyü, sərhədlərinin qorunması və suverenliyi naminə mübarizəyə qatılan bütün əsgər və zabitlərimiz şücaət nümayiş etdirməklə, torpaqlarımızı düşməndən azad edəcək və bayrağımızın Qarabağda dalğalanması üçün qalib gələcəklər.

Eyni zamanda, təhlükəsizlik sahəsində karyera qurmaq və peşəkar mühitdə çalışmaq istəyənlər [email protected] ünvanına sənədlərini göndərə bilərlər.

Mənbə: paralel.az