Kristal Abşeron-dan ordumuza 200 min manatlıq dəstək

Kristal Abşeron-dan ordumuza 200 min manatlıq dəstək

Bu günə qədər etibarlılıq və dürüstlük kimi dəyərlərə əsaslanaraq bir çox böyük layihəyə imza atan “Kristal Abşeron” Azərbaycan Ordusunun hərbi potensialının, maddi-texniki təchizat və döyüş qabiliyyətinin daha da artırılması üçün dövlətimizin bütövlüyü uğrunda döyüşən Azərbaycan Ordusuna dəstək üçün Azərbaycanın Silahlı Qüvvələrinin Yardım Fonduna 200 min manat vəsait köçürüb.

“Kristal Abşeron” Azərbaycan əsgərlərinə yeni qələbələr və Şuşaya Azərbaycan bayrağını sancmağı arzulayır!

Mənbə: qafqazinfo.az