“Aran Azərbaycan” MMC və “Aran” marketlər şəbəkəsi Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat ayırdı

“Aran Azərbaycan” MMC və “Aran” marketlər şəbəkəsi Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat ayırdı

Azərbaycanın cəbhə bölgəsində gedən qızğın döyüşlərdə ordumuza dəstək olanların sayı durmadan artır. “Qafqazinfo” xəbər verir ki, qanında milli qürur, torpaq və vətən təəssübü olan hər kəs yekdilliklə səfərbər olaraq döyüş meydanlarına atılmış və silahlı qüvvələrimizin haqq işinə dəstək nümayiş etdirib.

Bu məqsədlə “Aran Azərbaycan” MMC və “Aran” marketlər şəbəkəsi ümumilikdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 10 min manat vəsait ayırıb.

Xatırladaq ki, “Aran Azərbaycan” MMC və “Aran” marketlər şəbəkəsi bundan əvvəl də Koronavirusla Mübarizəyə Dəstək Fonduna müəyyən məbləğdə ianə etmişdi.

Mənbə: qafqazinfo.az