“NEQSOL Holding” ordumuz üçün 1 milyon manat vəsait köçürdü

“NEQSOL Holding” ordumuz üçün 1 milyon manat vəsait köçürdü

“NEQSOL Holding”in tərkibində olan şirkətlər Silahlı Qüvvələrə dəstək olub. “Qafqazinfo” xəbər verir ki, şirkətlər ordumuz üçün olan Yardım Fonduna ümumilikdə 1 milyon manat məbləğində vəsait köçürüb.

Məlumat üçün, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə təsis olunub. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

NEQSOL Holding-in əsas fəaliyyət istiqamətlərinə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələri aiddir.

 

Mənbə: qafqazinfo.az