Bakıda məşhur hotel rəhbərliyi “Azəriqaz”ı məhkəməyə verdi

Bakıda məşhur hotel rəhbərliyi “Azəriqaz”ı məhkəməyə verdi

Bakıda yerləşən “Deluxe City Hotel” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbəri “Azəriqaz” İstehsalat Birliyini məhkəməyə verib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hotel rəhbərliyi iddia ərizəsi ilə Bakı İnzibat-İqtisad Məhkəməsinə müraciət edib.

İddia ərizəsində “Azəriqaz” İstehsalat Birliyinin müqavilə öhdəliyinin yerinə yetirilməməsi ilə bağlıdır.

İddia ərizəsi araşdırılması üçün hakim Əfqan Ələkbərovun icraatına verilib.

Hakim araşdırma aparandan sonra “Deluxe City Hotel” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbərinin iddiasını təmin edib.

“Azəriqaz”ın yazdığı cərimə ləğv olunub.


Fariz Məlikli
Demokrat.az

Mənbə: demokrat.az