eManat şirkətindən ordumuza DƏSTƏK

eManat şirkətindən ordumuza DƏSTƏK

eManat şirkəti Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna yardım edib.

Axeber.az-ın məlumatına görə, işğal altında olan torpaqlarımızın azadlığı naminə döyüşən ordumuza dəstək məqsədilə eManat şirkəti Azərbaycan Silahlı Qüvvələrinin Yardım Fonduna 100.000 manat vəsait köçürüb.

"Zəfərə gedən bu yolda biz də əsgərlərimizə öz yardımımızı əsirgəmədik. Davam edən şiddətli döyüşlərdə gecəsini gündüzünə qatıb, torpaqlarımız uğrunda şərəflə mübarizə aparan ordumuzun yanında olmaq hər birimizin vətən borcudur. Allah bu şərəfli yolda ordumuzu qorusun!", - deyə şirkətin açıqlamasında bildirilib.

Mənbə: axeber.az