- Erməni təxribatı nəticəsində sentyabrın 27-dən başlayan döyüşlər zamanı mülki şəxsləri hədəf alan düşmən Füzulinin Arayatlı kəndini də artilleriya atəşinə tutub.
- SİA "AZƏRTAC"a istinadən xəbər verir ki, atılan mərmilər nəticəsində bir neçə evə ziyan dəyib.
- Kənd sakini Vüqar Xudiyev bildirib ki, düşmən tərəfindən atılan mərmi həyətinə düşüb. Evin damı, divarları, həmçinin həyətdə olan traktor, su boruları yararsız vəziyyətə düşüb.
- Həmçinin erməni faşistləri Füzulidə yerləşən ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsini də hədəf alıb. Türbəyə ciddi ziyan dəyib. Tarixi abidənin fasadı zədələnib və nəticədə türbə qəzalı vəziyyətə düşüb.
Mənbə: sia.az