Düşmən atəşi nəticəsində mülki əhalidən şəhid olanlar var -VİDEO

Düşmən atəşi nəticəsində mülki əhalidən şəhid olanlar var -VİDEO

Sözsüz ki, itkisiz müharibə olmur. Müharibə varsa, orada itki da, can tələfatı da olacaq. Ancaq mənfur düşmənlərimiz döyüş meydanlarında Azərbaycan ordusuna cavab verə bilmədiyindən hər gün dinc sakinləri hədəfə alırlar. Hər gün cəbhəyanı ərazilərdə dinc sakinlərdən şəhid olanların xəbərini eşidirik. Bu bir daha ordumuzun necə mənfur düşmənlə üzbəüz olduğunu göstərir. YPX.AZ-ın cəbhə bölgəsində olan əməkdaşları bildirir ki, 1 oktyabr, 08:30 radələrində düşmənin atdığı top mərmilərindən ikisi Tərtər şəhərinin mərkəzinə düşüb. Nəticədə bir nəfər dinc sakin şəhid olub.
Düşmənin atdığı daha bir top mərmisi isə Tərtərin Səhləbad kəndində kənd sakini Samir Məmmədovun evinə düşüb. Ev tamamilə yararsız hala düşüb. YPX.AZ olaraq inanırıq ki, tezliklə ordumuz cəbhə bölgəsində qalib gəlib düşməni bir dəfəlik susduracaq.

 

Mənbə: ypx.az