Nazir müəllimləri təbrik etdi

Nazir müəllimləri təbrik etdi

“Əziz müəllimlərimiz, Sizi 5 oktyabr - Beynəlxalq Müəllimlər günü münasibətilə təbrik edirəm! Təkcə bu gün deyil, şagirdinizin, tələbənizin uğuruna sevindiyiniz hər gün sizin gününüz, bayramınızdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Təhsil Naziri Emin Əmrullayev Beynəlxalq Müəllimlər Günü münasibəti ilə feysbuk hesabında paylaşıb. O bildirib ki, bu gün Vətən uğrunda döyüşən əsgərlərimizin vətənpərvər yetişməsində, onlara milli ruhun aşılanmasında sizin əməyiniz danılmazdır. Siz sadəcə övladlarımızı öyrətmirsiniz, həm də Vətən üçün layiqli vətəndaş, əsgər yetişdirirsiniz. Bu missiyanı şərəflə yerinə yetirdiyinizə görə Sizə təşəkkür edirəm!”.

Nazir qeyd edib ki, pandemiya şəraitində sizin zəhmətiniz xüsusilə qeyd edilməlidir: “Bu çətin günlərdə fədakar əməyinizə, göstərdiyiniz dəstəyə görə çox sağ olun!. Əziz müəllimlər, bu vacib və məsuliyyətli işinizdə Sizə uğurlar arzulayıram!”

Mənbə: qafqazinfo.az