87 yaşımda bu qələbələrinizi görmək mənim üçün xoşdur - İstanbuldan Bayraməli Çakıroğlu Prezident Əliyevə yazdı

87 yaşımda bu qələbələrinizi görmək mənim üçün xoşdur  - İstanbuldan Bayraməli Çakıroğlu Prezident Əliyevə yazdı

“Sizə sevgilərimi və haqq işinizdə qələbələriniz üçün dua etdiyimi bildirmək istəyirəm. Tarix daim haqqın sonda qələbə çaldığının şahidi olur, biz də Sizin qələbələrinizin şahidi olacağıq. 87 yaşımda bu günləri görmək mənim üçün böyük səadətdir.

Bu gün xalqınız Sizin ətrafınızda səfərbər olub. Bütün dünya müsəlmanlarının da duaları Sizinlədir, zəfəriniz üçündür.

Allahın lütfü ilə qalib olar, torpaqlarınıza qovuşarsınız, İnşallah!” Bu fikirləri Türkiyə Respublikasının İstanbul şəhərindən Bayraməli Çakıroğlu Prezident İlham Əliyevə müraciətində bildirib.

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com