Can, qan bahasına alınan yaddaşlarda əbədi yaşamalıdır

Can, qan bahasına alınan yaddaşlarda əbədi yaşamalıdır

Bizyalnız qələbə xəbərlərinə susamış, qisasa ac insanlarıq. Qulağımız səsdə, gözümüz yolda, səbirsizliklə növbəti xoş müjdələri gözləməkdənsavayı əlimizdən gələn bir də odur ki, dua lazımdısa, dualar edirik, köməklazımdısa, corab, isti paltar, qazanlarda kotlet göndəririk,haray-hayqırtılarla mənən dayaq oluruq.

 

Bir film hazırlamışam - “Qafqazın bu üzündə”. QəhrəmanımRey Kərimoğlu danışır ki, “Müharibənin reallıqları çox dəhşətlidir. Müharibə səhnələrikinolarda gördüklərimiz deyil. Müharibənin 30 saniyəsini kinonun 100 kadrındagöstərə, ifadə edə bilməzsən”. Nə vaxtsa, bu filmi geniş ictimaiyyətə təqdim edəcəm,artıq tarixi material kimi.

 

Müharibə elə bir şeydir ki, “bir saniyənin içində sənqəhrəman da ola bilərsən, xain də, bir faciənin səbəbkarı da”. Bunu da qəhrəmanımdemişdi.

Qarabağ adlı Vətən müharibəmizdə yalnız qəhrəmanlarımızıgördük. Nə yaxşı ki, xainlər, faciə səbəbkarları olmadı. Fəqət biz heç gördükmüqəhrəmanlarımızın qələbələri necə aldıqlarını? Qarabağ qazisinin dediyi kimi, oqəhrəmanlıqların psixoloji, mənəvi, fiziki təsvirinin 30 saniyəsini 100 sözlə dəifadə edə bilmərik, sözlər nə qədər mükəmməl, təsvirlər nə qədər dəqiq olsa belə.

 

Bu müharibə ən müasir silahlarla aparılır. Siz elə bilirsiz ki,silahlarla hər şey bitir? Yox. Silahdan sonra xüsusi dəstələr irəliləyir,onlara “штурмовики” deyirlər. Bu müharibə həmin o “штурмовик”lərin çiynində daşınır, desəm yanılmaram.Silahlar istehkamları dağıdır, tam nəticəyə isə xüsusi dəstələr nail olur.

 

İbrahimovElməddin Zeynəddin oğlu, həmin o “штурмовик” dediyimiz xüsusi dəstədə idi. PUAlardan sonrablindaja girib düşməni məhv etməli idilər. Əlbəyaxa döyüş, düşmənləri boğuböldürmək - tapşırığı yerinə yetirib blindajdan çıxarkən, başqa istekhamdan düşmənsnayperinin bir gülləsi ilə də şəhid oldu.

 

Füzulibelə alınıb! Təkcə Füzuli yox, bu vaxta qədər alınmış strateji yüksəkliklərinhamısı!

Elməddinin21 yaşı vardı, ailənin tək oğlu idi. Arada valideynlərini görməyə gəlmişdi, birgünlüyə. Anası bir az da qalmasını israr edəndə demişdi: “Çox sağ olun ki, mənəhəyat vermisiz. Ancaq, incimə, atam da oradır, anam da. Getməliyəm”. Budur, qəhrəmanoğullarımızın rəşadəti, fədakarlığı, torpaq sevgisi, torpağa bağlılığı.

 

Özündənsonra bir yadigarı qalmadı, fotolarından başqa.

 

ErmənistanınGəncəni raket zərbəsinə məruz qoyması Füzuli qələbəsinin havasını bizəalayarımçıq daddırdı, lakin arxa plana keçirmədi. Prezidentimiz dedi ki,Füzulinin alınması dərsliklərə salınmalı, haqqında əsərlər yazılmalıdır. Elə-belə,söz xətrinə demədi. Ermənistan işğalda saxladığı torpaqlarımızda 30 ildə eləistehkamlar qurublar ki, onlar can, qan bahasına alınır. Can, qan bahasınaalınan yaddaşlarda əbədi yaşamalıdır.

 

P.S.Əsgərlərimiz döyüşdə, bizsə arxada, yenə də dualarımızla birgə. Nur içində yat,Elməddin, məkanınız cənnət olsun, şəhidlərimiz! Ayaqda olan əsgərlərimizə ədalətinəinandığımız uca

 

Tanrıyar olsun!

 

Sizvarsınız, Azərbaycan da var!

 

Arzu Qazıyeva

 

 

Mənbə: moderator.az