İran özünün COVID-19-a qarşı ilk peyvənd nümunəsinin təqdimatını edib

 

 

İran özünün yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ilk peyvənd nümunəsinin təqdimatını edib.

APA-nın Tehran bürosunun məlumatına görə, üçüncü nəsil peyvənd üzərində uzun zamandır qızılca xəstəliyi əsasında müxtəlif sınaqlar keçirilir.

Peyvənd həm qızılca, həm də koronavirus xəstələri üçün nəzərdə tutulub.

İranın elm adamları bildiriblər ki, peyvəndin istehsalında əcnəbi mütəxəssislərin məsləhətlərindən istifadə olunub.

Peyvəndin satış qiyməti 6-10 ABŞ dolları məbləğində müəyyən olunub.

Peyvənd Çin şirkəti ilə əldə olunmuş razılığa əsasən, gələn ay meymun üzərində sınaqdan keçiriləcək. Peyvənd son sınaqlardan sonra ilin sonuna kimi kütləvi istehsal olunacaq.

 

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Oqtay Gülalıyevin avtomobillə vurulması ilə bağlı cinayət işi məhkəməyə göndərilib

SONRAKI XƏBƏR

"Düşmənin məkrli planları Azərbaycanı yolundan döndərə bilməz” - Deputat