Hər iki cəbhəyə lazımlı insan...

Hər iki cəbhəyə lazımlı insan...

 

TƏBİB-in Quba rayon mərkəzi xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Əlyar Sərvərov könüllü olaraq cəbhəyə gedib. Bu xəbəri eşidəndə həkimlə əlaqə saxlamağa çalışmadım. Biləndə ki, artıq o cəbhə zonasındadır və hansısa əməliyyata, tibbi proseduraya mane olmamaq üçün Əlyar həkimi bir müddət aramadım.

İxtisasca reanimatoloq olan Əlyar Sərvərov 15 il hərbi sistemdə işləyib.2012-ci ildən Qusar rayon mərkəzi xəstəxanasında. reanimatoloq,sonra isə Quba rayon mərkəzi xəstəxanasında baş həkimin müavini və baş həkim işləyib.2020-ci ilin mart ayında ölkədə koronavirus pandemiyası başlayanda Quba rayon mərkəzi xəstəxanası da Covid-19 xəstələri üçün ayrılıb və Əlyar Sərvərovun rəhbərliyilə indiyədək yüzlərlə xəstə sağalaraq normal həyata qayıdıb. Quba Covid-19 xəstəxanasında indiyədək əsasən Rusiyadan gətirilən və virus aşkarlanan Azərbaycan vətəndaşları və bölgə rayonlarından olan yoluxmuş insanlar müalicə olunub və olunmaqdadır. Belə bir vacib statuslu xəstəxanaya rəhbərlik edən Əlyar həkimin birdən birə cəbhəyə germəsi maraqlı idi. Axı,o burada da lazımlıdı, ona görə. İş yoldaşlarından öyrəndim ki, sentyabrın 27-də cəbhədə vəziyyət gərginləşəndən Əlyar həkimin narahatçılığı daha da artıb və könüllü olaraq döyüş zonasına yollanıb. Köməyə ehtiyacı olan hərbçilərimizə az da olsa dəstək olmaq,sağalmaq üçün.

Son bir həftədə Azərbaycanda koronaviruslu xəstələrin sayında sıçrayışla hiss olunan artım Qubada da özünü göstərib. Əlyar Sərvərov iki günlük cəbhədən Qubaya qayıdıb. Görüşə bilmədik, amma Qubada olarkən Əlyar həkimlə telefonla qısa da olsa danışa bildim. Cəbhəyə könüllü getdiyini təsdiqləyən Sərvərov bildirdi ki, TƏBİB-in sədri Ramin Bayramlı onun könüllü getməyinə mane olmayıb, əksinə şərait yaradıb: "Rəhbərlik təklifimi müsbət qarşıladı. Cəbhədən qısa müddətə gəlmişəm. Burada işlər normal gedir, çalışır hamı. Bəzi texniki işləri özüm həll etməli olduğumdan gəldim. Xəstələrin sayında artım olsa da kollektivimiz pandemiyaya qarşı ciddiliklə çalışır".

Artıq Əlyar Sərvərov təkrar cəbhəyə qayıdıb. Onun cəbhədəki fəaliyyəti haqda heç nə yazmayacağam. Heç maraqlanmamışam da. Bildiyim odur ki, bu gün cəbhədə yaralı əsgərlərimizə dəstək olan olan yüzlərlə həkim və tibb işçilərimiz var. Onlar hər iki cəbhədə gərəkli olduqlarını yaxşı bilirlər. Vətənin dar, amma, qələbə müjdəli günlərində böyük bir həkim ordusu həebçilərimizlədir. Əlyar Səfvərov da belə həkimlərimizdəndir. Həm Covidlə vuruşan, həm də ermənilə vuruşan əsgərlərimizə məlhəm olan həkimlərimizə Allah yar olsun. Allah şanlı Ordumuzu, Ali Baş Komandanımızı qorusun!!! Qarabağ Azərbaycandır!!! Qələbə bizimdir!!!

Mənbə: istipress.com