8 yaşlı Zəminədən maraqlı VİDEO-ÇARX

Bakı şəhəri 55 saylı tam orta məktəbin 3-cü sinif şagirdi Zəminə Vüqar qızı Ağacanlı vətənpərvərlik mövzusunda video-çarx hazırlayıb.

Cebhe.info xəbər verir ki, balaca vətənpərvər qızımız Zəminənin hazırladığı video-çarx sosial şəbəkələrdə maraqla qarşılanıb.

Vətənpərvər ruhda böyüyən balaca Zəminənin təhsildə əldə etdiyi uğurlarda müəlliməsi Məhbubə Qarayevanın böyük rolu var. Atası Vüqar da Zəminənin dərsdənkənar məşğələlərinə yardım edir, vətənpərvərlik ruhunda video-çarxlar hazırlamasına dəstək verir.

Balaca Zəminənin ən böyük arzusu Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad olunması, qaçqın soydaşlarımızın öz yurd-yuvalarına qayıtmasıdır.


Aydın

Cebhe.info

 

 

 

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Erməni terroru və qətliamları… - TƏHLİL

SONRAKI XƏBƏR

Ordumuz hər şeyi dəyişdi: Artıq "5+2" yoxdur - EKSPERT