"Zəngilanda xatirələrim yox idi, artıq olacaq" - Millimizin üzvü

"Zəngilanda xatirələrim yox idi, artıq olacaq" - Millimizin üzvü

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan şəhərinin işğaldan azad olunmasını açıqlayıb.

Zəngilandan olan Şahmat üzrə qadınlardan ibarət millimizin üzvü Türkan Məmmədyarova Cebhe.info-ya açıqlamasında sevincini bölüşüb:

"Ümumiyyətlə, hər bir rayonumuz azad olunanda gözlərim dolur. Bu gün isə daha çox oldu. Çox sevinirəm, həddindən çox sevinirəm. Çünki Zəngilan valideynlərimizin, nənə-babalarımızın yurdudur. Mənim hər iki valideynim Zəngilanlıdır. Oraları görmək inşallah nəsib olacaq. Zəngilan işğal ediləndə mənim yaşım az idi, ona görə də elə də böyük xatirəm yoxdur. Amma qardaşımla, bacımın yadındadır - evimizin arxasındakı bulaq, ağac... Mənim xalam həmişə danışırdı ki, biz çıxanda tarlada inəkləri bağlayırdıq ki, qayıdacağıq. Zəngilanda xatirələrim yox idi, artıq olacaq".

Naibə
Cebhe.info

 

Mənbə: cebhe.info