"Dərs vaxtı" ilə bağlı DƏYİŞİKLİK

"Dərs vaxtı" ilə bağlı DƏYİŞİKLİK

Oktyabrın 20-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 1000-ci buraxılışı efirə gedib.

Bu barədə Nazirlikdən Lent.az -a bildirilib:

"Əziz şagirdlər, noyabrın 2-dək davam edəcək tətil günlərində də “Dərs vaxtı” sizinlədir. Bu gündən etibarən “Dərs vaxtı”nın buraxılışları tətil günlərinin rejiminə uyğun efirə gedəcək. Həm ötən il, həm də bu il öyrəndiklərinizi möhkəmləndirməyə və genişləndirməyə xidmət edən məşğələlərimiz planlaşdırılır. Məsələ həlli, tapşırıqların yerinə yetirilmə alqoritmi, mətn təhlili, qapalı test tapşırıqlarının analizi və s. bu kimi faydalı izahlarla tətildə də akademik öyrənməni dəstəkləyəcəyik.

“Dərs vaxtı” tətil günlərindən səmərəli istifadə etməkdə sizə yardımçı olacaq.

"Dərs vaxtı"nı izləməyi unutmayın!".

Mənbə: lent.az