Mərkəzi Gömrük Hospitalının travmatoloqu Ramin Rzayev canlı yayımda çıxış edəcək

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin rəisi, yüksəkixtisaslı travmatoloq-ortopedi, t.f.d.Ramin Rzayev 26 oktyabr 2020-ci il tarixində saat 15.00-da “Diz oynaqlarında artrozun müalicəsi” mövzusunda canlı yayımda çıxış edəcək.Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür.

Ramin Rzayev 2001-ci ildə Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra təhsilini 2001-2003-cü illərdə Rusiyada Akademik İ.P.Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetində davam etmişdir. 2010-cu ildə “Çanağın həlqəsinin tamlığının pozulması ilə müşaiyət olunan ağır travmalarının cərrahi müalicəsi” üzrə elmi işini müdafiə etmişdir. Dr. Ramin Rzayev əmək fəaliyyətinə 2006-cı ildə Rusiyada professor İ.İ. Djanelidze adına Sankt-Peterburq Təcili Tibbi Yardım Elmi Tədqiqat İnstitutunda başlayıb. O, 2010-cu ildən Mərkəzi Gömrük Hospitalında travmatoloq-ortoped kimi fəaliyyət göstərir.

Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq

(https://www.facebook.com/customshospital/). Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

İsveçli jurnalisti öldürən qatil həbsxanadan qaçarkən tutuldu

SONRAKI XƏBƏR

Məşhur türk sənətkarı Əsəd Kabaklı “Qarabağ türküsü” səsləndirdi