Ermənistanın məğlubiyyətinə Paşinyanın qızı üsyan etdi: "Xəyallarım məhv oldu"

Ermənistanın məğlubiyyətinə Paşinyanın qızı üsyan etdi:  "Xəyallarım məhv oldu"

Şanlı Azərbaycan Ordusunun hücumu erməni cəmiyyətində həm də ruh düşkünlüyü yaradıb, mənəvi sarsıntılara səbəb olub. Döyüş meydanında böyük itkilər verən Ermənistanda insanlar çıxılmaz duruma düşüblər, əl atacaqları, kömək diləyəcəkləri kimsələri də qalmayıb...

Ermənistanın baş naziri Nikol Paşinyan və ailəsi də bu durumdan əziyyət çəkənlər sırasındadır. Baş nazirin qızı Mariam Paşinyan erməni qüvvələrinin məğlubiyyətlərindən sonra sosial mediada üsyan edib. "Xəyallarımız və hədəflərimiz qırıldı", yazan Mariamın bu ifadələri ölkə vətəndaşlarını qəzəbləndirib.

Erməniləri qəzəbləndirən digər açıqlamanı Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan verib. Ovannisyan Ermənistan ordusunun Azərbaycan Ordusu qarşısında böyük məğlubiyyətini ört-basdır etməyə çalışarkən deyib: "Çəkilmə məğlubiyyət demək deyil. 1918, 1941 və 1992-ci illərdə geri çəkildik, lakin sonra qalib gəldik. İndi geri çəkilirik, çünki qazanacağıq".

Mənbə: sia.az