Azərbaycanda koronavirusa yoluxanların sayı artır

Azərbaycanda koronavirusa yoluxanların sayı artır

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 584 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahının oktyabrın 20-nə olan məlumatınagörə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Ölkədə koronavirusa yoluxma halı artmaqda davam etməkdədir. Son günlər yoluxma halı bir neçə dəfə artıb.

Nazirlər Kabineti yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib. Ölkə üzrə orta ümumtəhsil məktəblərində noyabrın 2-dək tətil elan edilib. Bakı metrosunun fəaliyyəti dayandırılıb. Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə karantin rejimi tətbiq edilib və noyabrın 2-dək davam edəcək.

izi telegramda izləyin:

 https://t.me/aqreqator_resm

Mənbə: www.amerikaninsesi.org