Allah sizi bizə çox görməsin – 80 yaşlı kəlbəcərli köçkün Prezidentə yazdı…

Allah sizi bizə çox görməsin – 80 yaşlı kəlbəcərli köçkün Prezidentə yazdı…

Kəlbəcər rayon sakini Eldar Hüseynli Prezident İlham Əliyevə məktub yazıb. “Bu məktubu Sizə yazan iyirmi yeddi ildir torpaq, yurd həsrəti ilə yaşayan, bir gün belə o yerlərə qayıtmaq ümidini itirməyən, Kəlbəcər rayonundan olan səksən yaşlı məcburi köçkündür.

… Siz uzaqgörən və məqsədyönlü siyasətinizlə həmişə ölkəmiz və xalqımız üçün çox böyük işlər görmüsünüz. Biz qətiyyətlə inanmışıq ki, sayənizdə bir gün gələcək, hamımız öz doğma torpaqlarımıza, el-obamıza qayıdacağıq. Çox şükür ki, həmin gün gəlib çatıb. Gözəl və əsrarəngiz təbiəti, yeraltı və yerüstü zəngin təbii sərvətləri olan Kəlbəcərə tezliklə geri dönəcəyimiz günü səbirsizliklə gözləyirik.

...Təbiətinin gözəlliyi ilə həmişə İsveçrəyə bənzədilən Kəlbəcər rayonunda, dünyaca məşhur müalicəvi suyu olan “İstisu”da Sizi və Birinci vitse-prezidentimiz Mehriban xanımı qonaq etmək biz kəlbəcərlilərin ən böyük arzusudur.

Sizə inanırıq, Sizə güvənirik.

Qələbə bizimdir, Qarabağ Azərbaycandır!

Allah Sizi bizə çox görməsin” - deyə Eldar Hüseynli Prezident İlham Əliyevə məktubunda vurğulayır.

 

Mənbə: www.baki-xeber.com