Ehtiyatda olan kapitan Teyyub Süleymanov Prezidentə nə yazdı...

Ehtiyatda olan kapitan Teyyub Süleymanov Prezidentə nə yazdı...

“Nəzərinizə çatdırmaq istəyirəm ki, mən, ehtiyatda olan kapitan Süleymanov Teyyub Eldar oğlu 1986-cı il tarixində keçmiş SSRİ-nin tərkibində Perm şəhərində hərbi təhsil almışam, hərbi məktəbi leytenant rütbəsi ilə bitirmişəm. Qarabağ müharibəsi veteranıyam.

Hazırda cəbhədə gərgin döyüşlər getdiyi bir vaxtda sakit, səssiz qala bilmirəm. Mən də Vətən oğulları ilə bir cərgədə olmaq, döyüşlərdə can-başla iştirak etmək istəyirəm. Mənə tapşırıq gəldiyi an cəbhəyə yollanmağa hazıram.

Qarabağ bizimdir, bizim də olacaq!” Bu sözləri Bakı şəhərinin Xəzər rayonu Qala Hərbi şəhərciyiyindən Qarabağ müharibəsi veteranı, ehtiyatda olan kapitan Teyyub Süleymanov Prezident İlham Əliyevə müraciətində qeyd edib.

 

Mənbə: www.baki-xeber.com