Mingəçevirdə məskunlaşan zəngilanlıların Vətən həsrəti başa çatır - VİDEO

Mingəçevirdə məskunlaşan zəngilanlıların Vətən həsrəti başa çatır - VİDEO

Nurlan Süleymanov Zəngilanı ata-anasının dilindən eşidib, özündə təsəvvür yaradıb. Amma ölkə başçısının bu şəhərin düşməndən azad edildiyini elan edəndə sevinci hədsiz olub.

Nurlanın anası Nəzakət Süleymanova isə şad xəbəri eşidib, dərhal həyat yoldaşı ilə bölüşüb. Ona artıq qaçqın olmadıqlarını bildirib.

Nurlan ata-baba yurdunun zəngin təbiəti, məhsuldar torpaqları olduğunu deyir. Mingəçevirdə yaşayan Süleymanovlar ailəsi Zəngilana ayaq basacaqları ilk gün yaxınlarının məzarlarını ziyarət edəcəklərini deyir.

Mingəçevirdə məskunlaşanZəngilanın digər sakini Bağdagül Məhərrəmovadır. 23 yaşında doğma şəhərini tərk edən qadın tezliklə Zəngilana dönməyə tələsir.

Ətraflı Baku TV-nin süjetində:

Qeyd edək ki, Zəngilan rayonu Respublikada ərazisindən dörd daimi axarlı çay keçən yeganə, unikal ərazi vahididir.

Bizi telegramda izləyin:

 https://t.me/aqreqator_resm

Mənbə: paralel.az