Dünyada koronavirusa yoluxanların sayında yeni rekord

Dünyada koronavirusa yoluxanların sayında yeni rekord

Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda – 423 819 nəfər artıb. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının saytında məlumat verilib.

Daha əvvəlki rekord göstərici oktyabrın 17-də qeydə alınmışdı – 418 889 yoluxma halı.

İndiyədək bütün dünyada ümumilikdə 41,1 milyondan çox insanda koronavirus aşkarlanıb, 1,1 milyondan çox insan bu virusun qurbanı olub.

Bizi telegramda izləyin:

 https://t.me/aqreqator_resm

 

Mənbə: qafqazinfo.az