Son lokal anti-terror əməliyyatlarında şəxsiyyəti dəqiqləşməyən 11 hərbçidən birinin kimliyi məlum olub.
Bizim.Media-nın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsindən əldə etdiyi məlumata görə, bu, rayonun Qonaqkənd qəsəbə sakini, 25 yaşlı Tapdıq Namiq oğlu Bayramovdur.
Kiçik leytenant Bayramovun şəxsiyyəti DNT analizindən sonra təsdiqlənib.
Şəhid sabah Quba Şəhidlər Xiyabanında dəfn ediləcək.
Mənbə: bizim.media