Azərbaycanda onlayn taksi xidmətinin təlabatı araşdırılacaq

Azərbaycanda onlayn taksi xidmətinin təlabatı araşdırılacaq

Sürücü və smartfon

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) onlayn olaraq taksi, sürücülük və çatdırılma xidmətlərinə görə araşdırmaya başlayır.

Banker.az-ın xəbərinə görə, “Onlayn platforma üzərindən taksi, sürücülük və çatdırılma xidmətlərinin göstərilməsi ilə bağlı tələbatın öyrənilməsi” üzrə bazar araşdırmalarının aparılması xidməti üzrə şirkət axtarışındadır.

Bunu edə biləcək şirkətə ümumilikdə 20 gün vaxt veriləcək.

Hazırda ölkədə “Bolt”, Yandeks platformasında fəaliyyət göstərən “UberAz” və “189” kimi taksi xidmətləri onlayn olaraq, mobil tətbiq vasitəsi ilə daşıma xidmətlərini həyata keçirirlər.

Qeyd edək ki, ilin avqust ayında BNA agentliyinin əməkdaşı açıqlama verərək taksilər üçün sabit tarif olacağı ilə bağlı açıqlama verməsi ictimayyət tərəfindən ciddi müzakirəyə səbəb olmuşdu. Sonradan BNA rəsmi açıqlama verərək, həmin nümayəndənin açıqlamasının onun şəxsi düşüncəsi olduğu və Agentliyin fikirləri ilə tam üst-üstə düşmədiyini demişdi.

KOBİA bunları araşdırmaq istəyir:

BaşlıqAçıqlamaMiqdarBazar xüsusiyyətlərinin öyrənilməsiBazarın ehtiyacları; •ödənilməyən ehtiyaclar üzrə müştəri gözləntiləri; •tövsiyələr.5günDaxili Bazarın həcminin müəyyən olunmasıHəcmlə bağlı göstəricilər həm natural, həm də məbləğ ölçüləri ilə göstərilməlidir.15günMəlumat bazasının hazırlanmasıİstinad ediləcək məlumat bazalarının hazırlanması və istifadəsi (rəsmi statistik məlumatlar, şirkətin məlumat bazası, anket və sorğular, vizual müşahidələr və s)5günBazara giriş üzrə hüquqi-normativ tələblərinin müəyyən olunmasıBazara giriş üzrə hüquqi-normativ (standart-sertifikat lisenziya) tələblərinin müəyyən olunması5günƏlavə məlumatların daxil edilməsiDaxili bazar üzrə məlumatın dolğunluğuna xidmət edən Tərəfimizdən tələb kimi göstərilməyən bazar araşdırması üzrə vacib hesab etdiyiniz əlavə məlumatların təqdim edilməsi5günRəqabət mühitinin öyrənilməsiAR Prezidentinin 29.05.2019-cu il tarixli, 713 nömrəli Fərmanı ilə təsdiq olunmuş Qaydalara və • mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması istiqamətində aparılmalıdır.5günDaxili bazarının araşdırılması tələb olunan obyektiv texniki və keyfiyyət göstəricilərinin müəyyən olunmasıDaxili bazarının araşdırılması tələb olunan mal, iş və ya xidmətlərin detalları, özünəməxsus xüsusiyyətləri, obyektiv texniki və keyfiyyət göstəricilərinin müəyyən olunması20günMüvafiq məhsul növü üzrə bazarda qiymətlərin formalaşması strukturunun hazırlanmasıMüvafiq məhsul növü üzrə bazarda qiymətlərin formalaşması strukturu da göstərilməlidir.1ədəd

Mənbə: banker.az