Dünyaca məşhur aktyordan Azərbaycana dəstək – FOTO

Dünyaca məşhur aktyordan Azərbaycana dəstək – FOTO

Yeni Zelandiya əsilli Avstraliya və ABŞ kinoaktyoru, rejissor Rassel Krou özünün "instagram” səhifəsində Türkiyənin məşhur komediyaçısı Cem Yılmaz və rejissor Yılmaz Ərdoğanla çəkilmiş fotosunu paylaşaraq müharibənin əleyhinə olduğunu bildirib.
Anews.az xəbər verir ki, o siyasətçiləri Birləşmiş Millətlər Təşkilatının qətnamələrinə əməl etməyə çağırıb: "Mən müharibənin əleyhinəyəm, 30 il əvvəl olduğu kimi. Siyasətçilər BMT qətnamələrinin sadəcə bir armud dilimi olmadığını başa düşməlidirlər”.
Xatırladaq ki, Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə(822, 853, 874 və 884) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Qeyd edək ki, Rassel Krou əsas populyarlığı çəkildiyi "Qladiator", "Öz adamı", "Dənizlərin sahibi: Yer üzünün kənarında", "Yumaya gedən qatar", "Ağıl oyunları", "Rədd edilmişlər" və "Nokdaun" kimi filmləri sayəsində qazanıb və "Qladiator” filmində canlandırdığı obraza görə "Oskar” mükafatını qazanıb.
Yılmaz Ərdoğan və Cem Yılmazla yaxın əlaqələrinin olmasına səbəb isə 2014-cü ildə birgə iştirak etdikləri "Sonuncu ümid” filmidir. Bugünlərdə Cem Yılmaz da Azərbaycana dəstəyini ifadə etmişdi.

Bizi telegramda izləyin:

 https://t.me/aqreqator_resm

Mənbə: anews.az