Koronavirusla mübarizə tədbirləri (VİDEO)

Koronavirusla mübarizə tədbirləri (VİDEO)

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda fəaliyyətinə icazə verilən qapalı məkanlarda, yollarda gücləndirilmiş nəzarət-profilaktik tədbirləri davam etdirilir.

BŞBP idarəsinin keçirdiyi reyd zamanı vətəndaşlara izah olundu ki, hər bir şəxs tətbiq olunan qaydalara, sosial məsuliyyətdən irəli gələrək özünü, yaxınlarını və digər şəxsləri qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da buna çağırmalıdır.Üzərində maskası olmayan sərnişinlərə,qoruyucu vasitədən düzgün istifadə etməyən, icazəsiz hərəkət edən və əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları, mövcud qaydalar izah olundu.

Yoxlamalar zamanı ,tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu da tərtib edildi

Əlavə olaraq bildirək ki,bakı şəhər baş polis idarəsinin əməkdaşları reyd zamanı ölkədə məlum vəziyyətlə bağlı,elan olunmuş hərbi vəziyyətin tələblərinə,və təşvişə düşmədən,ayıq-sayıq olamlarını,insanların sıx cəmləşdiyi ərazilərdə,ictimai nəqliyyatlarda, ətrafında şübhəli şəxslər,bağlamar və ya şübhə doğuran hər hansı bir əşya müşahidə edildikdə dərhal DİN-in 102 xidmətinə,eləcə də yaxınlıqdakı polis orqanlarına və əməkdaşlarına məlumat verməkləri haqqında maarifləndirici məlumatlar verdilər.

 

Mənbə: www.realtv.az