Vətən müharibəsində Prezidentin arxasındayıq - Britaniyanın Liverpul şəhərindən Samiq Nuriyev Prezidentə belə yazdı

Vətən müharibəsində Prezidentin arxasındayıq - Britaniyanın Liverpul şəhərindən Samiq Nuriyev Prezidentə belə yazdı

“Mən, Nuriyev Samiq Hacı oğlu, uzun illərdir Böyük Britaniyanın Liverpul şəhərində yaşayıram, əslən naxçıvanlıyam.

Uzun illərdir ki, Liverpul şəhərində çalışıram. Bu şəhərin idarəetmə orqanlarında böyük təcrübə qazanmışam, doğma Vətənimlə sıx əlaqələrim var. Uzaqlarda olsam da daim xalqımın dərdinə şərik çıxmış, sevincindən fəxr duymuşam. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlamasına, BMT qətnamələrinin yerinə yetirilməməsinə, ermənilərin törətdiyi qanlı cinayətlərə qarşı həmişə haqq səsimi ucaltmış, Azərbaycan rəhbərliyinin müdafiə mövqeyindən çıxış etmişəm.

Böyük Britaniya Parlamentinin və Liverpul şəhərinin millət vəkilləri ilə hər fürsətdə bu məsələni dərindən müzakirə etmiş, qızğın təbliğat işi aparmışam və onların dəstəyini qazanacaq dərəcədə məqsədimə nail olmuşam. Aprel döyüşləri, Tovuz döyüşləri, nəhayət sentyabrın 27-dən başlanan müharibə, ermənilərin təxribatları barədə onlara daim dəqiq məlumatlar vermiş, Böyük Britaniyanın Baş naziri Boris Consona və Liverpul Mersisayd parlamentinin millət vəkili Kim Consona yazılı müraciət edərək Azərbaycanın haqq işinə dəstək vermələrini rica etmişəm”. Bu fikirləri Prezident İlham Əliyevə müraciətində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Liverpul şəhərindən soydaşımız Nuriyev Samiq bildirib.

S.Nuriyev həmçinin qeyd edir ki, erməni vəhşiliklərinə qarşı qətiyyətli addımlarınız bütün Azərbaycan vətəndaşları kimi onu da həyəcanlandırır. O, bildirir ki, Vətən Müharibəsi adı almış bu haqq işində Prezidentin izində və arxasındadılar. “Ulu öndər Heydər Əliyevin nəhəng siyasətinin davamçısı kimi Sizə, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümü bildirir və bir daha qeyd etmək istəyirəm ki, bundan sonra da fəaliyyətimdə Sizin iradənizi və uğurlarınızı rəhbər tutacağam.

Tanrı zəfərə, qələbəyə doğru inamla irəliləyən Ali Bas Komandan və əsgərlərimizi qorusun!” deyən S.Nuriyev ölkə başçısına müraciətində vurğulayır.

 

Mənbə: www.baki-xeber.com