Bu xəbərləri Sizdən eşitmək ikiqat qələbədir – UNEC-in iqtisadiyyat fakültəsindən Prezidentə müraciət...

“Tarix boyu xalqımız qəhrəmanlıq ənənələri ilə ad-san çıxarıb, yadellilərə qarşı mərdliklə döyüşüb. Böyük sərkərdələr yetirən Azərbaycan xalqının çox yaxşı bir deyimi də var: “Ordun varsa, yurdun var”. Bu gün bizim müqəddəs yurdumuzu qoruyan rəşadətli Ordumuz və Ordumuzun Sizin kimi güclü sərkərdəsi var. Artıq 20 gündən çoxdur ki, Sizin komandanlığınızla müqəddəs yurd yerlərimizin düşmən tapdağından azad olunması uğrunda uğurlu hərbi əməliyyatlar həyata keçirilir. Bu uğurlu hərbi əməliyyatlarla yanaşı, eyni zamanda Sizin dünya şöhrətli siyasi lider kimi beynəlxalq ictimaiyyət qarşısında qətiyyətli çıxışlarınız xalqımızda böyük qürur hissi yaradıb.

...Hər günümüz şad xəbərlərlə açılır. Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərinin, bir sıra kəndlərin və yaşayış məntəqələrinin düşmən tapdağından azad olunması bütün dünya azərbaycanlılarını qəlbən sevindirir. Bütün bu şad xəbərləri Sizdən eşitməyi ikiqat qələbə sayırıq. İnanırıq ki, yaxın günlərdə Siz xalqa növbəti müraciətinizdə Şuşanın, Laçının, Kəlbəcərin və digər işğal altında olan torpaqlarımızın azad olunması xəbərini bəyan edəcəksiz. Biz Sizinlə qürur duyuruq!, Bunu Bakıdan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi, UNEC-in İqtisadiyyat fakültəsinin dekan müavini Mürsəlov Rahim Şirqazi oğlu Prezident İlham Əliyevə müraciətində vurğulayıb.

 

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

Siz öz şərəfli adınızı... Xalq artisti Bilal Əliyev Prezidentə yazdı...

SONRAKI XƏBƏR

Ceyhun Bayramov Mayk Pompeo ilə görüşünü şərh etdi