“Qələbəniz tarixə qızıl hərflərlə yazılacaq” - Məhkum Nəriman Fətullayev Prezident İlham Əliyevə yazdı...

“Qələbəniz tarixə qızıl hərflərlə yazılacaq” - Məhkum Nəriman Fətullayev Prezident İlham Əliyevə yazdı...

Qobustan rayonundan məhkum Nəriman Fətullayev Prezident İlham Əliyevə müraciət edib.

“İşğal altında olan torpaqlarımızın azadlığı uğrunda gedən mübarizəmiz Sizin uzaqgörən siyasətiniz nəticəsində dünya tarixinə qızıl hərflərlə yazılacaq.

...Azərbaycan vətəndaşı kimi torpaqlarımızın azadlığı uğrunda qəhrəman əsgərlərimizlə çiyin-çiyinə döyüşməyə, düşməni məhv etməyə hazıram. Mən 1961-ci il təvəllüdlü köhnə döyüşçü kimi bu yaşımda belə, Vətən savaşında iştirak etməyi özümə borc bilirəm. Çünki 3 il ərzində Ağdərənin, Murovdağın, Füzulinin, Şiş-Qayanın azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişəm.

...Mən bir azərbaycanlı kimi fəxrlə deyə bilərəm ki, Ulu Öndərin və Sizin yaratdığınız qüdrətli Azərbaycan Ordusu yenilməzdir.

Bütün dünya ölkələri bilməlidirlər ki, Azərbaycan xalqının qədim torpaqları tamamilə düşmən işğalından azad olunacaqdır. Bu amal yolunda canlarını fəda verən şəhidlərimizə Allah rəhmət eləsin, ruhları şad olsun.

...Sizin rəhbərliyiniz altında Azərbaycan xalqının üçrəngli Bayrağı daim yüksəklərdə dalğalanacaqdır”deyə məhkum Nəriman Fətullayev Prezident İlham Əliyevə müraciətində qeyd edir.

 

Mənbə: www.baki-xeber.com