Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə koronavirusla bağlı son vəziyyət

Türkiyədə son sutka ərzində koronavirusdan 74 nəfər dünyasını dəyişib, 2165 nəfər isə virusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı  9658-ə, yoluxanların sayı isə 357 693-ə çatıb. 

Koronavirusdan sağalanların sayı isə 311520-yə yüksəlib. Hazırda ağır xəstələrin sayı 1648 nəfər təşkil edir. 

Ümumilikdə 12 milyondan çox insan test yoxlanışından keçirilib.

Mənbə: qafqazinfo.az